Azərbaycan Elm Fondunun 2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) birgə beynəlxalq qrant müsabiqəsinin (AEF/BQM/Az_Türk-2/2021-3(40)) qalib layihəsi: AEF/BQM/Az_Türk-2/2021-3(40)-01/01/3-M-01
Süd vəzi xərçəngi diaqnostikasında 68Ga-FAPİ-46 və 18F-FDG PET/KT müayinəsi
Azərbaycan Elm Fondunun 2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) birgə beynəlxalq qrant müsabiqəsinin qalib layihəsi: Süd vəzi xərçəngi diaqnostikasında 68Ga-FAPİ-46 və 18F-FDG PET/KT müayinələrinin müqayisəli təhlili.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2020-ci ilin dekabr ayında açıqladığı statistik məlumatlara görə, süd vəzi xərçəngi hazırda dünyada ən çox diaqnoz qoyulan xərçəng kimi ağciyər xərçəngini geridə qoyub.
Süd vəzi xərşənginin ilkin diaqnostikası və yenidən mərhələləndrilmə, eləcə də, müalicəyə cavabın və ya resdiv hallarının dəyərləndirilməsi üçün mammoqrafiya, ultrasəs müayinəsi, maqnit rezonans tomoqrafiya və pozitron emissiya tomoqrafiyası-kompüter tomoqrafiyası (PET/KT) kimi bir sıra müayinə metodları mövcuddur.
Pozitron emissiya tomoqrafiya-kompüter tomoqrafiya (PET/KT) müayinəsi onkoloji, kardioloji və nevroloji patologiyaların aşkarlanmasında tibbi görüntüləmə metodları arasında aparıcı mövqe tutur.
Hüceyrələr tərəfindən qlükozanın adsorbsiyasına əsaslanan görüntüləmə üsulu olan 18F-fluorodeoksiqlükoza (FDG) PET/KT süd vəzi xərçənginin erkən diaqnostika və yenidən mərhələləndirilmə, müalicəyə cavab və proqnozlaşdırma baxımından qiymətləndirilməsində əhəmiyyətli yerə sahibdir. Lakin, 1 sm-dən kiçik süd vəzi şişlərində, mikro-metastazlarda həmçinin aşağı dərəcəli in-situ və paycıq karsinomaları kimi süd vəzi xərçəngi növlərində 18FDG PET/KT-nin həssaslığı azdır.
PET-KT müayinəsində istifadə edilən və yeni trend hesab olunan radiofarmasevtik dərman vasitəsi olan 68Ga-FAPI-46, erkən mərhələdə olan süd vəzi xərçənginin həm diaqnostikası, həm də müalicəsi üçün geniş imkanlar açır. Təklif edirik ki, müalicədən öncə erkən mərhələləndirilmə üçün güvənli və qısa zamanlı metod kimi süd vəzi xərçəngi yeni diaqnoz qoyulmuş xəstələrdə 68Ga-FAPİ ilə PET-KT görüntülənməsi istifadə edilsin.
Doğru klinik mərhələləndirilmə süd vəzi xərçənginin müalicəsinin planlaması üçün vacibdir, lakin 18FDG PET/KT-nin bəzi məhdudiyyətləri var. Fibroblast aktivasiyası zülalını PET radiotraserləri ilə etiketlənməsi şiş stromasının vizuallaşdırılması üçün daha yeni diaqnostik yanaşmadır. Xərçənglə əlaqəli fibroblastlarında ekspressiya olunan Fibroblast aktivasiyası proteini (FAP) artıq bir neçə klinik araşdırmalarda ümid verici nəticələr nümayiş etdirilmişdir. İnsanlar üzərində aparılmış ilkin klinik təcrübələr nəticəsində yüksək kontrastlı törəmə təsvirini və bütün törəmələr üçün unikal molekul kimi istifadəsinin mümkün olduğu nümayiş etdirilmişdir.